"Sky Sport Germany" nəşri mövsümün sonunda müqavilələri başa çatacaq 40 yaşlı qapıçı Manuel Noyer və 38 yaşlı Sven Ulrayxın komandadan ayrılacağı təqdirdə Münhen "Bavariya"sının nəzərdən keçirdiyi qolkiperlərin siyahısını dərc edib.
Matc.az xəbər verir ki, münhenlilər 23 yaşlı Yonas Urbiqə dərhal təzyiq göstərəcək və ya "bir nömrə" statusu uğrunda açıq rəqabətə girəcək gənc qapıçı axtarmırlar. Bunun əvəzinə klub sabitliyi təmin edə biləcək, liderlik keyfiyyətlərinə malik və köməkçi rolu öz üzərinə götürməyə hazır olan təcrübəli qolkiper axtarır.
Mümkün namizədlər arasında "Köln"dən Marvin Şvebe, "Hoffenhaym"dan Oliver Baumann, "Fulhem"dən Bernd Leno, "Auqsburq"dan Finn Damen, "Əl-Qədisiyyə"dən Koen Kastels və "Paris"dən Kevin Trapp var. Bundan başqa, Berlin "Union"undan Frederik Rönnov, "Monako"dan Lukaş Hradetski, "Nyukasl"dan Nik Poup, "Atletiko"dan Xuan Musso və "Sportinq"dən Ruy Silva kimi variantlar da nəzərdən keçirilir.













