"Real"ın yeni transferləri Yan Diomande və Karlos Espi, həmçinin "Barselona"nın yetirməsi Xavi Espart İspaniya Liqasının ən çox bahalaşan 5 futbolçusu sırasına daxil olublar.

Matc.az xəbər verir ki, bu barədə futbolçuların transfer dəyərinin qiymətləndirilməsi üzrə ixtisaslaşan "Transfermarkt" portalı məlumat yayıb.

Bildirilir ki, bu nəticə sözügedən portalın qiymət yenilənməsindən sonra qeydə alınıb. Siyahıya madridlilərin yeni transferi Yan Diomande başçılıq edir.

"Transfermarkt"ın versiyasına görə La Liqanın ən çox bahalaşan 5 futbolçusu (5 oktyabr):

1. Yan Diomande ("Real") – 120 milyon avro (+30 milyon avro).
2. Karlos Espi ("Real") – 40 milyon avro (+20 milyon avro).
3. Xavi Espart ("Barselona") – 25 milyon avro (+20 milyon avro).
4. Pablo Barrios ("Atletiko") – 70 milyon avro (+15 milyon avro).
5. Mark Pubily ("Atletiko") – 50 milyon avro (+15 milyon avro).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest