Bir müddət əvvəl infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas bərpa müddətində başqa vəzifədə çalışacaq. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, ispaniyalı qolkiper bundan sonra futbolçular, məşqçilər və rəhbərlik arasında əlaqələndirici rolunu oynayacaq. Veteran qapıçı bununla bağlı açıqlama da verib. O, yeni işinin öhdəsindən gəlməyə çalışacağını bildirib.

Qeyd edək ki, mayın 1-də məşq zamanı infarkt keçirən İker Kasilyas 5 gün xəstəxanada qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest