UEFA Çempionlar Liqasında Liqa mərhələnin I turunun oyunlarından sonra "Opta" superkompüteri turnirin favoritlərini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" nəşri məlumat yayıb.

Nüfuzlu Avropa turnirində qələbə qazanmaq şansı ən yüksək olan komanda yenə də Londonun "Arsenal" klubudur – 22,9%. Qələbə ehtimalına görə ikinci sırada Münhen "Bavariyası"dır (18,2%), üçüncü yerdə isə "Mançester Siti" (14,4%) qərarlaşıb.

Çempionlar Liqasının Liqa mərhələsinin I turunun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə PSJ qərarlaşıb. İkinci sırada "Bavariya", üçüncü yerdə isə Kataloniyanın "Barselona" klubu yer alıb. Hər bir komanda aktivinə 3 xal yazdırıb.

Qeyd edək ki, ilk turda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzan "Sabah" isə ümumi sıralamada 34-cü yerdə qərarlaşıb. Bakı təmsilçisi növbəti oyununu turnirin II turu çərçivəsində oktyabrın 13-də Çexiyanın "Slaviya" (Praqa) klubuna qarşı keçirəcək. Bakıda, "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest