13 Avqust 2026, 02:09
FUTBOL
Niderland millisi yeni baş məşqçisinin təyinatını elan edib, bu posta "Barselona"nın keçmiş oyunçusu və məşqçisi Xavi Ernandes gətirilib.
Matc.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər 2030-cu ilə qədər müqavilə bağlayıblar. 46 yaşlı mütəxəssis bu postda Ronald Kumanı əvəzləyib, onun rəhbərliyi altında "narıncılar" dünya çempionatının 1/16 final mərhələsini adlaya bilməyiblər.
Ernandes üçün bu iş karyerasında milli komandalar səviyyəsində ilk olacaq.
Mütəxəssisin son iş yeri 2021-ci ildən 2024-cü ilə qədər rəhbərlik etdiyi "Barselona" olub. Xavi kataloniyalılarla La Liqa çempionluğunu qazanıb, həmçinin İspaniya superkubokunun sahibi olub.













