Fransanın "Lans" klubu Portuqaliyanın "Benfika" komandasından xorvatiyalı hücumçu Franyo İvanoviçin keçidini elan edib.

Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "qırmızı-sarılar"ın rəhbərliyi 22 yaşlı futbolçunun icarəsi barədə razılıq əldə edib. Tərəflər arasındakı müqavilə cari 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Müqavilədə oyunçunun transfer hüquqlarının sonradan satın alınması bəndinin olub-olmaması barədə hələlik məlumat verilmir. Perspektivli forvardın keçid dəyərinin 15 milyon avro olduğu qeyd edilir.

Ötən 2025/26 mövsümündə İvanoviç Portuqaliya nəhənginin rotasiya oyunçusu olub. O, "Benfika"nın heyətində bütün turnirlərdə ümumilikdə 31 rəsmi matçda meydana çıxıb və 5 qolla yaddaqalan olub.

Bundan başqa, gənc hücumçu Xorvatiya milli komandasının oyunlarına da aktiv şəkildə cəlb edilir. Futbolçu yığma forması ilə artıq 9 görüş keçirib və aktivinə 2 qol yazdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest