"Çelsi" standart vəziyyətlər üzrə məşqçi Ostin Makfinin keçidi ilə bağlı "Aston Villa" ilə danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə "BBC" nəşri məlumat yayıb.

Bildirilir ki, 46 yaşlı şotlandiyalı mütəxəssisi London klubunun yeni baş məşqçisi Xabi Alonso heyətində görmək istəyir. İspaniyalı baş məşqçi mövsüm başlamazdan əvvəl texniki qərargahı yenidən qurmağa davam edir.

Makfiyə eyni zamanda Premyer Liqanın digər klubları və Səudiyyə Ərəbistanı komandaları da iddialıdır. Mütəxəssisin "Aston Villa" ilə müqaviləsində təzminat məbləği qeyd olunduğu üçün onun gedişi reallaşarsa, Birmingem təmsilçisi kompensasiya əldə edəcək.

Makfi 2021-ci ildən bəri "Aston Villa"da fəaliyyət göstərir və standart vəziyyətlər üzrə aparıcı mütəxəssislərdən biri kimi nüfuz qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest