"Mançester Siti" klubunun baş məşqçisi Entso Mareska İspaniya millisinin ulduz yarımmüdafiəçisi Rodrinin belindən əməliyyat olunacağını təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, italyan mütəxəssis öz açıqlamasında bu sözləri qeyd edib:
"Rodri belindəki problemlərə görə bazar ertəsi əməliyyat olunacaq. Onun məzuniyyətə ehtiyacı var, dincəlməli, bərpa olunmalıdır və daha sonra bizə qoşulacaq. Hər bir məşqçi Rodri kimi futbolçunu öz komandasında görmək istəyər, çünki o, yüksək səviyyəli oyunçudur".
Rodrinin belindən əməliyyat olunacağı ilə bağlı məlumat bir qədər əvvəl yayılmışdı. Bundan sonra 2026-cı il dünya çempionatının ən yaxşı oyunçusunun Madrid "Real"ı ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə xəbərlər də yayılıb.
Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.













