24 İyul 2026, 14:00
FUTBOL
Almaniya millisinin və Londonun "Arsenal" klubunun sabiq müdafiəçisi Per Mertezaker yığmanın yeni idman direktoru olacaq.
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, keçmiş futbolçu 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq və hazırkı idman direktoru Andreas Rettiqi əvəzləyəcək.
Mertezaker milli komandalara və akademiyaya cavabdehlik daşıyacaq. Bu qərar müşahidə şurası və səhmdarların yığıncağı tərəfindən yekdilliklə qəbul edilib.
Oyunçu karyerasını başa vurduqdan sonra Mertezaker 2018-ci ildə "Arsenal"ın akademiyasına rəhbərlik edib və 2026-cı ilin yayına kimi burada gənclər departamentinin rəhbəri kimi çalışıb.













