Xadzime Moriyasu 2027-ci il yanvarın 7-dən fevralın 5-nə qədər Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokundan sonra Yaponiya millisinin baş məşqçisi postunu tərk edəcək.

Matc.az xəbər verir ki, 2026-cı il dünya çempionatında Asiya təmsilçisi 1/16 final mərhələsində Braziliya yığmasına məğlub olub (1:2).

Yaponiya U-21 yığmasının baş məşqçisi Qo Oiva əsas milli komandanın sükanı arxasında Moriyasunu əvəzləyəcək.

Moriyasu 2018-ci ilin avqust ayından bəri Yaponiya millisinə rəhbərlik edir və komanda ilə keçirdiyi 108 matçda 74 qələbə, 15 heç-heçə, 19 məğlubiyyət qeydə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest