15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası iyulun 24-dən 31-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
U-15 millisinə 23 futbolçu dəvət alıb:
Mədinə Şükürlu, Safiya Cəfərova, Gülay Allahverdiyeva, Zəhra Nəcəfli, Zeynəb Tanrıverdiyeva, Banu Sadiqova, Yasmin İsazadə, Zəhra Əkbərli, Sara Qaribova (hamısı "Neftçi"), Çiçək Həsənli, Ləman Hüseynli, Ayan Baxşalı (hamısı "Şəfa"), Elyana Rüstəmzadə ("Araz-Naxçıvan"), Fatimə İbrahimzadə, Nazlı Məmmədzadə, Minayə Sadıxova, Zeynəb Cabbarlı (hamısı "Sumqayıt"), Rəbiyyə Əhməd, Asia Vahbi (ikisi də "Ulduz"), Lamiyə Yarəliyeva ("Alekseyevka"), Mədinə Həmzəyeva ("Kəpəz"), Elina Kotikova, Aylin Əhlimanzadə (ikisi də "Sabah")













