Braziliya milli komandasının dayaq yarımmüdafiəçisi Kazemiro "İnter Mayami"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilənin müddəti il yarım – 2027-ci ilin sonuna qədər nəzərdə tutulub. Sözləşmədə müqaviləni daha il yarım, yəni 2029-cu ilin iyun ayının sonuna qədər uzatmaq variantı da var.
35 yaşlı veteran futbolçu "İnter Mayami"yə azad agent statusu ilə keçib. Onun "Mançester Yunayted" ilə müqaviləsinin müddəti cari ilin iyun ayının sonunda başa çatmışdı.
Kazemironun ABŞ klubu ilə müqavilə şərtlərini hələ iyunun əvvəlində razılaşdırdığı bildirilirdi.
Təcrübəli oyunçu bu yaxınlarda keçirilən 2026-cı il dünya çempionatında da çıxış edib. O, 1/16 final mərhələsinin Yaponiya ilə oyununda qol vuraraq turnir tarixinə ən yaşlı ikinci qol müəllifi kimi düşüb.













