Beynəlxalq Futbol Federasiyasının Avropa üzrə direktoru Elxan Məmmədov dünyanın ali futbol qurumunun hazırkı rəhbərinin maraqlarını müdafiə etmək məqsədilə mundialda iştirak edən 16 Avropa assosiasiyasının nümayəndələrinə çoxsaylı zənglər edib.
Almaniya Futbol İttifaqı 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçirilməsi planlaşdırılan FİFA konqresi zamanı Canni İnfantinonun yenidən qurumun prezidenti seçilməsinə dəstək məktubunu imzalamaqdan imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "BILD" nəşri məlumat yayıb.
Bildirilir ki, 2026-cı il dünya çempionatı zamanı Beynəlxalq Futbol Federasiyasının Avropa üzrə direktoru Elxan Məmmədov dünyanın ali futbol qurumunun hazırkı rəhbərinin maraqlarını müdafiə etmək məqsədilə mundialda iştirak edən 16 Avropa assosiasiyasının nümayəndələrinə çoxsaylı zənglər edib.
Almaniya 56 yaşlı funksionerin yenidən seçilməsini dəstəkləməkdən imtina edən azsaylı ölkələrdən biridir. Açıqlamada Nigeriya Futbol Federasiyasının dəstək məktubu dərc olunub.
ABŞ millisinin hücumçusu Folarin Balonqunun diskvalifikasiyasının ləğv edilməsindən sonra bir çox ölkə öz qərarından peşman olub.
Bununla belə, Afrika, Asiya və Cənubi Amerikanın qitə federasiyaları İnfantinonun növbəti müddətə rəhbərliyinin tərəfdarıdırlar.
Xatırladaq ki, bir qədər əvvəl UEFA-ya üzv ölkələrin FİFA prezidenti postuna öz namizədlərini müəyyənləşdirdikləri və qurumun başında polşalı hüquqşünas və iş adamı Dariuş Mioduskini görmək istədikləri məlum olmuşdu.













