Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.

Matc.az xəbər verir ki, futbolsevərlər 1/8 final mərhələsinin daha bir oyununa şahid olublar.

Belçika millisi 1/4 finala vəsiqə uğrunda qarşılaşmada ABŞ yığmasını 4:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.

DÇ-2026
1/8 final
7 iyul

ABŞ – Belçika - 1:4
Qollar:
Tillman, 31 // 
Ketelare, 9, 33, Vanaken, 57, Lukaku, 90+3 

Baş hakim: Adham Mahadmeh (İordaniya)
Baş hakimin köməkçiləri: Məhəmməd Əl-Kalaf, Əhməd Əl-Roalle (hər ikisi İordaniya)
Dördüncü hakim: Pyer Atço (Qabon)
VAR: Xamis Əl-Mərri (Qətər)
AVAR: Nikolas Qallo (Kolumbiya)
Dəstək VAR hakimi: Məhəmməd Əl-Həmmadi (BƏƏ)
"Lumen Fild" stadionu (Sietl)

ABŞ: Met Friz, Serjinyo Dest, Kris Riçards, Tayler Adams, Antoni Robinson, Ueston Makkenni, Kristian Pulisik, Tim Rim, Aleks Frimen, Malik Tillman, Folarin Baloqun.
Ehtiyat oyunçular: Mett Törner, Mark Makkenzi, Tim Vea, Tanner Tessmann, Conni Kardoso, Covanni Reyna.
Baş məşqçi: Maurisio Poçettino.

Belçika: Tibo Kurtua, Maksim De Küyper, Brandon Meşele, Natan Nqoy, Timoti Kastan, Nikolas Raskin, Amadu Onana, Yuri Tilemans, Leandro Trossar, Şarl de Ketelare, Dodi Lukebakio.
Ehtiyat oyunçular: Koen Kastels, Zenis Layf, Zeno Debast, Artur Teat, Orel Manqala, Hans Vanaken, Ceremi Doku, Romelu Lukaku, Kevin De Bröyne.
Baş məşqçi: Rudi Qarsiya.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest