Norveç millisinin hücumçusu Erlinq Haland dünya çempionatlarında çıxış etdiyi ilk üç oyunda vurulan qolların sayına görə tarixi nailiyyəti təkrarlayıb.
Norveç millisinin hücumçusu Erlinq Haland dünya çempionatlarında çıxış etdiyi ilk üç oyunda vurulan qolların sayına görə tarixi nailiyyəti təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Bildirilir ki, norveçlilərin 25 yaşlı hücumçusu Fil Dişi Sahilinə qarşı keçirilən 1/16 final matçında qələbə qoluna imza atıb. Bunun sayəsində o, son 72 ildə dünya çempionatındakı ilk üç oyununun hər birində qol vuran ilk futbolçu olub. Ona qədər bu nailiyyəti yalnız Qilyermo Stabile (Argentina, 1930) və Şandor Koçiş (Macarıstan, 1954) təkrarlaya bilmişdi.
Xatırladaq ki, qrup mərhələsində Erlinq İraq (4:1) və Seneqal (3:2) ilə matçların hər birində 2 qol vurub, Fransa ilə görüşü isə buraxıb.
Norveçin 1/8 finaldakı rəqibi isə bir gün əvvəl geri dönüş edərək Yaponiyaya qalib gələn Braziliya yığması olacaq. Onların oyunu bazar günü, iyulun 5-də Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.













