Fil Dişi Sahili millisinin baş məşqçisi Emers Fae yetirmələrinin 2026-cı il dünya çempionatının 1/16 finalında Norveçə məğlubiyyəti (1:2) və komandanın turnirdən kənarlaşması barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.
Təcrübəli mütəfəkkir məğlubiyyəti bu sözlərlə şərh edib:
"Bu, futboldur. Şansın olanda qol vurmalısan. Hesabı bərabərləşdirməklə ən çətin olanı bacarmışdıq. Təəssüf ki, sonda bu qolu buraxdıq. Çox məyusedicidir. Oyunçular sonadək əllərindən gələni etdilər və mübarizə apardılar. Yaxşı müdafiə olunan və növbəti mərhələyə vəsiqəni təmin edən enerjili komandaya qarşı oynayırdıq. Bu səviyyədə hər şey xırdalıqlardan asılıdır. Rəqibdən asılı olmayaraq, əvvəldən sona qədər konsentrasiyanı qorumaq lazımdır. Hər kəs üçün bu, ilk dünya çempionatı idi. Düşünürəm ki, futbolçular çox şey öyrəndilər. İndi növbəti sınaqlara daha güclü qayıtmaq üçün çalışacağıq".













