Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında mənfi rekordun şərikli müəllifi olub. Təcrübəli qolkiper ardıcıl qarşılaşmalarda qapısını toxunulmaz saxlaya bilməyib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Almaniya yığması dünya çempionatının 1/16 finalında əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçda Paraqvaya penaltilər seriyasında uduzaraq turnirlə vidalaşıb. Bu oyun almanlar üçün dünya çempionatlarında ardıcıl 10-cu matç olub ki, mütləq qapılarında ən azı 1 qol görüblər.
Bu 10 qarşılaşmanın hamısında komandanın qapısını məhz Manuel Noyer qoruyub. Bununla da əfsanəvi alman qapıçı dünya çempionatları tarixində ardıcıl 10 matçda qol buraxan ikinci qolkiper olub. 1950-1962-ci illər arasında eyni mənfi göstərici Meksika yığmasının qapıçısı Antonio Karbahala məxsus olub.
Qeyd edək ki, Manuel Noyerin dünya çempionatlarında qapısını toxunulmaz saxladığı sonuncu oyun Argentina ilə keçirilən DÇ-2014-ün final matçı olub (əlavə vaxtda 1:0 qələbə).











_1782817983.jpeg)

