Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman komandanın dünya çempionatından kənarlaşmasından sonra istefa vermək niyyətində deyil. Onun gələcəyi ilə bağlı qərarı Almaniya Futbol İttifaqı yaxın günlərdə qəbul edəcək.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, qurumun idarə heyətinin bəzi üzvləri milli komandanın sükanı arxasında Yurgen Kloppu görmək istəyirlər. "Liverpul"un keçmiş baş məşqçisi ilə hələlik rəsmi danışıqlar aparılmayıb.
38 yaşlı mütəxəssisin hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Almaniya yığması dünya çempionatları tarixində ilk dəfə penaltilər seriyasında məğlub olub. Onlar 1/16 final mərhələsində Paraqvaya uduzaraq dünya çempionatı ilə vidalaşıblar.








_1782817983.jpeg)




