Zlatan İbrahimoviç "Fox Sports" telekanalında ayın ən yaxşı işçisi mükafatına layiq görülüb.

Matc.az xəbər verir ki, İsveç millisinin sabiq hücumçusuna bu mükafat Panama – Xorvatiya (0:1) matçının canlı yayımı zamanı təqdim olunub.

Mükafatı aldıqdan sonra o, studiyanın digər eksperti, ABŞ yığmasının keçmiş futbolçusu Aleksi Lalasla zarafat edib: "Aleksi, toxun bura. Mənə elə gəlir ki, səndə heç vaxt belə bir şey olmayıb".

Kanal rəhbərliyinə dəvət üçün təşəkkür edən Zlatan fikirlərinə bunu da əlavə edib: "Və bu, cəmi bir həftəlik fəaliyyətdən sonradır. Görün 2026-cı il dünya çempionatının sonunda nə olacaq?"

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest