İtaliyanın "Montsa" klubunun baş məşqçisi Paolo Byanko vəzifəsindən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb.
Tərəflər arasında imzalanmış müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. 2025-ci ilin yayından bəri "Montsa"ya rəhbərlik edən Byanko, komandanı yenidən İtaliya elitasına qaytarmağı bacarmışdı. Klubun sükanı arxasına keçməyə ən real namizəd kimi İvan Yuriçin adı çəkilir.
Vəzifəsindən ayrılan Byankonun isə yenicə başa çatan mövsümün yekununda A Seriyasını tərk edən "Piza" klubuna rəhbərlik edə biləcəyi iddia olunur.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis karyerası ərzində "Sirakuza", "Leonzio", "Modena" və "Frozinone" klublarında çalışıb. O, həmçinin "Sassuolo" və "Şaxtyor" (Donetsk) klublarında Roberto De Zerbinin köməkçisi funksiyasını yerinə yetirib, 2022/2023 mövsümündə isə "Yuventus"un məşqçilər heyətində yer alıb.













