"Mançester Siti"nin rəhbərliyi cinah hücumçusu Ceremi Doku ilə yeni müqavilənin şərtləri barədə tam razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, tərəflər 24 yaşlı belçikalı futbolçunun sözləşməsinin 2031-ci ilin yayına qədər uzadılması və maaşının artırılması ilə bağlı şifahi razılıq əldə ediblər və hazırda rəsmi imzalanma öncəsi son detallar dəqiqləşdirilir.

Geridə qalan mövsümdə "şəhərlilər"in heyətində ümumilikdə 47 matçda meydana çıxan gənc vinger 8 qol və 14 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdirib.

Qeyd edək ki, Xosep Qvardiolanın gedişi ilə baş məşqçi postu boş qalan Mançester təmsilçisi ötən mövsüm İngiltərə Premyer Liqasını gümüş medallarla başa vursa da, ölkə kuboku və Liqa kubokunu muzeyinə aparmağı bacarıb. Heyəti qorumağa çalışan klub rəhbərliyi ötən gün xorvatiyalı müdafiəçi Yoşko Qvardiolanın da müqaviləsini yeniləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest