11 İyun 2026, 12:59
FUTBOL
"Beşiktaş" müqaviləsi başa çatan Salih Uçanla bağlı qərar verib.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi türkiyəli yarımmüdafiəçi ilə yollarını ayıracaq. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
Uçan yeni baş məşqçi Vinçentso İtalyanonun planlarına daxil deyil. Klub 32 yaşlı futbolçuya yeni sözləşmə təklif etməyəcək.
Qeyd edək ki, Salih Uçan ötən mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 23 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.













