"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, 26 yaşlı futbolçunu "Nyukasl" hədəfə alıb. Bu barədə ​"La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Serbiyalı futbolçu klubla apardığı son müzakirələrdən sonra "sağsağanlar"ın düşərgəsinə keçmək variantını ciddi şəkildə nəzərdən keçirir. Digər iddialı klublar mübarizəyə qoşulmazdan əvvəl "Nyukasl" bu transferi mümkün qədər tez rəsmiləşdirməyə ümid edir.

​Duşan Vlahoviç azad agent statusundadır. O, "Yuventus"la bu ay başa çatan müqaviləsinin müddətini uzatmayıb. Futbolçu 2022-ci ilin əvvəlindən Turin klubunun şərəfini qoruyurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest