Braziliya milli komandasının və "Barselona"n;n futbolçusu Rafinya DÇ-2026-nın startı ərəfəsində turnirlə bağlı təəssüratlarını bölüşüb.
Matc.az xəbər verir ki, 29 yaşlı vinger
"Zirvəyə "Barselona"da Braziliya millisindəkindən daha çox nail olmuşam, bu bir həqiqətdir. Mən ikiüzlü deyiləm. Ona görə də indi qarşıma qoyduğum məqsəd Braziliya yığmasında da "Barselona"dakı çıxış səviyyəmə çatmaqdır. Əgər insanlar məndən Braziliya millisində də "Barsa"dakı kimi oynamağımı tələb edirlərsə, bunu yalnız bir kompliment kimi qəbul edirəm. Çünki bu, ən yüksək səviyyədə oynaya biləcəyim mənasına gəlir. Ançelotti artıq futbol tarixinə düşüb, bu, həqiqətən də heyranedicidir. "Barselona"da onun "Real"ı ilə qarşılaşdığımız hər dəfə maksimum dərəcədə ehtiyatlı davranmalı olurduq. Bununla belə, mənim heç kimə heç nə sübut etməyə ehtiyacım yoxdur".
Qeyd edək ki, Braziliya millisinin qrup mərhələsində Mərakeş, Şotlandiya və Haiti ilə qarşılaşacaq.













