11 İyun 2026, 13:11
MPL
“Qarabağ” Futbol Klubu futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, klub braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər Ağdam təmsilçisinin uğurları üçün mübarizə aparacaq.
2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.













