"Yuventus" və "Atletiko" klubları iki futbolçunun transferi ilə bağlı rəsmi danışıqlar aparır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış idman jurnalisti Matteo Moretto paylaşıb.
İtaliya təmsilçisi Madrid klubunun hücumçusu Aleksandr Sörlotla şəxsi müqavilə şərtlərinə dair ilkin razılıq əldə edib. Klublar arasında müzakirələr hələ davam edir.
Şimali avropalı forvardla yanaşı, tərəflər Turin klubuna məxsus olan, lakin ötən ilin sentyabrından bəri "Atletiko"da icarə əsasında çıxış edən argentinalı vinger Nikolas Qonsalesin də daimi transferini masaya yatırıblar.
Qeyd edək ki, Nikolas Qonsales geridə qalan 2025/26 mövsümündə İspaniya La Liqasında 24 oyuna çıxaraq 5 qol vurub. Aleksandr Sörlot isə "Atletiko" forması ilə meydana çıxdığı 35 matçda 13 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.













