"Barselona" klubu İspaniya millisinin heyətində olan gənc ulduzu Lamin Yamalın 2026-cı il dünya çempionatının qrup mərhələsində Kabo-Verde ilə iyunun 15-də keçiriləcək I tur oyununda iştirak edə biləcəyini təsdiqləyib.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "AS" nəşri məlumat yayıb.

Cinah hücumçusunun milli komandadakı ümumi fiziki durumunu Kataloniya klubunun xüsusi olaraq ezam etdiyi xarici fizioterapevti Fernando Qalan yaxından izləyir.

Xatırladaq ki, 18 yaşlı futbolçu İspaniya yığmasının düşərgəsinə sol bud əzələsindən aldığı zədə ilə qoşulub.

Kataloniya klubu Yamalın riskə edilməməsini və meydana tədricən qayıtmasını ciddi şəkildə tövsiyə edir. Bu səbəbdən gənc hücumçu Kabo-Verde ilə qarşılaşmada əsas heyətdə yer ala bilməyəcək. "Barselona" həkimləri onun yalnız matçın son 15 dəqiqəsində meydana çıxmasına icazə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest