İstanbul təmsilçisi "Beşiktaş" baş məşqçi postuna italiyalı mütəxəssis Vinçenzo İtalianonu gətirib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
48 yaşlı mütəxəssis "ağ-qaralar" ilə 2027/28 mövsümünün sonuna qədər qüvvədə olacaq 2 illik müqaviləyə imza atıb. İtaliano bu postda mövsümün başa çatması ilə komandadan ayrılan Sergen Yalçını əvəzləyib.
Qeyd edək ki, "Beşiktaş" ötən mövsümü Türkiyə Superliqasında dördüncü pillədə tamamlayıb.
Vinçenzo İtaliano bu yaxınlarda 2024-cü ildən bəri rəhbərlik etdiyi İtaliyanın "Bolonya" klubundan ayrılmışdı. Onun karyerasını "Napoli"də davam ettirmək istəyi olsa da, Neapol təmsilçisi baş məşqçi postu üçün Massimiliano Alleqri variantına üstünlük verib.
Təcrübəli mütəxəssis məşqçilik karyerası ərzində "Viqontina", "Unione Arginyano", "Trapani", "Spetsiya" və "Fiorentina" komandalarını da çalışdırıb. O, "Bolonya" ilə İtaliya Kubokunun qalibi olub, "Fiorentina"nı isə ardıcıl iki dəfə Konfrans Liqasının finalına yüksəltməyi bacarıb.













