Fransa millisinin müdafiəçisi Vilyam Salibanın dünya çempionatında iştirakı böyük şübhə altındadır.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

"Arsenal"ın futbolçusu bir neçə həftə əvvəl aldığı bel zədəsinin fəsadlarından əziyyət çəkməyə davam edir. ​Zədənin ciddilik dərəcəsini tam müəyyənləşdirmək üçün oyunçu bu həftə genişləndirilmiş tibbi müayinədən keçməlidir. Bununla belə, milli komandanın düşərgəsində artıq Salibaya uzunmüddətli müalicə və bərpa dövrünün lazım olacağı ilə bağlı narahatlıqlar var. Bu da onun mundialda çıxışını faktiki olaraq qeyri-mümkün edəcək.

25 yaşlı mərkəz müdafiəçisi ​2025/26 mövsümündə klubunun daxili və Avropa arenasındakı uğurlarında rol oynayıb. Saliba "Arsenal"ın bütün turnirlərdə keçirdiyi 63 matçın 50-də meydana çıxaraq "topçular"ın İngiltərə Premyer Liqasında qazandığı çempionluqda pay sahibi olub.

Qeyd edək ki, püşkatmanın nəticələrinə görə, Fransa yığması Seneqal, İraq və Norveç milliləri ilə birlikdə I qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest