Yunanıstan milli komandasının və bir sıra tanınmış Avropa klublarının sabiq müdafiəçisi Marios Oikonomu 33 yaşında həyatını itirib.
Matc.az xəbər verir ki, futbolçunun ürəyi iyunun 1-i səhər gec saatlarda doğma şəhəri Yaninadakı xəstəxanada dayanıb. Ölümə səbəb mayın 23-də baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin fəsadları olub.
Oikonomu skuter idarə edərkən Yaninanın mərkəzi küçələrindən birində geriyə dönməyə çalışan bir avtomobillə toqquşub. Qəza nəticəsində keçmiş idmançı başından ağır xəsarətlər alıb. O, dərhal Yanina Universitet Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Ötən şənbə günündən etibarən reanimasiya şöbəsinə yerləşdirilən Oikonomunun xilas etmək mümkün olmayıb.
Marios Oikonomu peşəkar karyerasına yerli PAS (Yanina) klubunda başlayıb. Onun karyerasının ən parlaq dövrü Apennin yarımadasında keçib. Müdafiəçi burada "Kalyari", "Bari", SPAL və "Sampdoriya" kimi klubların şərəfini qoruyub. Oyunçu Yunanıstan millisinin heyətində 6 oyun keçirib.









_1780395242.jpg)



