02 İyun 2026, 10:59
FUTBOL
DÇ-2026-nın final mərhələsinin hazırlığını davam etdirən Türkiyə milli komandası yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, Vinçentso Montellonun rəhbərlik etdiyi kollektiv İstanbulda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Ay-ulduzlular" mundial ərəfəsində daha bir hazırlıq matçı keçirəcək. Komanda ayın 7-də Venesuela ilə görüşdə qüvvəsini sınayanacaq.
Qeyd edək ki, Türkiyə DÇ-2026-nın final mərhələsinin D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.
Türkiyə - Şimali Makedoniya 4:0
Qollar: Orkun Kökcü, 2, Can Uzun, 16, Deniz Gül, 53, Barış Alper Yılmaz, 70









_1780395242.jpg)



