"Betis"in tanınmış ispaniyalı qapıçısı Adrian 39 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə onun sabiq klubu "Liverpul"un mətbuat xidməti məlumat yayıb.

Adrianın vida matçı La Liqanın 38-ci turunda "Levante"yə qarşı olacaq.

Adrian daha çox 2019-cu ildən 2024-cü ilə qədər "Liverpul"dakı çıxışı ilə tatnınıb. Lakin həmin dövrdə Alisson Beker əsas, Adrian isə köməkçi qapıçı idi.

O, "Betis"dən başqa, "Alkala", "Utrera" və "Vest Hemdə" də oynayıb. Adrian "Liverpul"la birlikdə Premyer Liqa, FA Kuboku və Superkuboku, eləcə də UEFA Superkuboku və FIFA klublararası dünya çempionatını qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest