23 May 2026, 12:40
FUTBOL
"Napoli"nin prezidenti və sahibi Aurelio De Laurentiis klubu satmaqdan imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Bildirilir ki. amerikalı investorlar konsorsiumu "Napoli"ni almaqda maraqlı olub. Onlardan biri də "Napoli Basket" basketbol klubunun və "Campobasso" futbol klubunun sahibi, italyan əsilli iş adamı Matt Rizzetta olub. O, bir neçə ay ərzində De Laurentiis ilə birbaşa danışıqlar aparıb.
Amerikalıların səxavətli təklifinə baxmayaraq, danışıqlar nəticəsiz qalıb. Onlar "Napoli" üçün 2 milyard avro təklif ediblər. "Football Benchmark" isə ötən il klubu cəmi 1,1 milyard avro dəyərində qiymətləndirib.
Qeyd edək ki, De Laurentiis 2004-cü ildən bəri "Napoli"nin sahibdir.













