23 May 2026, 11:37
FUTBOL
"Liverpul" Arne Slotla yolları ayıracağı təqdirdə Andoni İraolanın namizədliyini nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, İraola "Kristal Pelas"dan təklif alıb, lakin hələlik yekun qərar verməyib. İspaniyalı mütəxəssis karyerası üçün ən uyğun variantı seçmək istəyir və İngiltərə Premyer Liqası klublarına üstünlük verir.
"Liverpul" rəhbərliyinin isə mövsümün yekunlarını dəyərləndirmək və Slotun gələcəyi ilə bağlı qərar vermək üçün tezliklə niderlandlı məşqçi ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Andoni İraola cari mövsümün sonunda "Bornmut"dan ayrılaq. İspaniyalı mütəxəssis 2023-cü ilin yayından bəri komandaya rəhbərlik edir.













