28 Aprel 2026, 15:11
FUTBOL
"Milan"ın futbolçusu Luka Modriç əməliyyat olunub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçinin Milandakı "La Madonnina" klinikasında baş tutan əməliyyatı uğurlu olub.
Modriç A Seriyasının XXXIV turunun "Yuventus"la matçında (0:0) zədələnib. 40 yaşlı futbolçunun almacıq sümüyündə iki sınıq aşkarlanıb.
Qeyd edək ki, Luka Modriç bu mövsüm "Milan"ın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib. Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyəcək. Lakin onun dünya çempiona qədər hazır olacağı bildirilir.

_1777394784.jpg)


_1777388422.png)







