"İnter"in müdafiəçisi Federiko Dimarko A Seriyasında yeni rekord müəyyənləşdirib.

Matc.az xəbər verir ki, italiyalı futbolçu XXXIV turun "Torino" ilə oyununda iki məhsuldar ötürmə etməklə buna nail olub.

Dimarko cqari mövsümdə assistlərinin sayını 18-ə yüksəldib. 28 yaşlı sol cinah müdafiəçisi turnirdə bir mövsüm ərzində ən çox qol ötürməsi edən futbolçu olub. 

Əvvəlki rekord 2019/2020 mövsümündə "Atalanta"nın heyətində 16 qol ötürməsi edən Papu Qomesə məxsus idi.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in heyətində keçirdiyi 232 oyunda ümumilikdə 25 qol vurub, 52 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest