"Atletiko"nun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Pablo Barrios sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı yarımmüdafiəçi La Liqanın XXXIII turunun "Atletik"lə matçında (3:2) sol ayaq əzələsindən zədə alıb. 22 yaşlı futbolçu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Baplo Barrios bu mövsüm "Atletiko"nun heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest