"Nottingem Forest"in heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Kallum Hadson-Odoi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vinger UEFA Avropa Liqası 1/4 final mərhələsinin "Braqa" ilə cavab matçında ayaq əzələsindən zədə alıb. Hadson-Odoi bu gün əməliyyat olunub. 25 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Kallum Hadson-Odoi bu mövsüm "Nottungem Forest"in heyətində bütün turnirlərdə keçirdiyi 43 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest