"Başakşehir"in hücumçusu Bertuğ Yıldırım İstanbulda klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Qalatasaray" türkiyəli futbolçunu transfer etmək istəyir. "Sarı-qırmızılar"ın prezidenti Dursun Özbek yaxın günlərdə 23 yaşlı forvardın keçidi üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Başakşehir" Bertuğ Yıldırımı mövsümün əvvəlində "Renn"dən transfer edib. Türkiyə millisinin üzvü Super Liqüa təmsilçisinin heyətində keçirdiyi 20 oyunda 6 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest