"Leyptsiq" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Midyullann"da çıxış edən Usman Diaonu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Almaniya klubu seneqallı futbolçu üçün Danimarka klubuna 12 milyon avroluq təklif göndərəcək.

21 yaşlı mərkəz müdafiəçisi ilə "Ayntraxt", "Bornmut" və "Kristal Pelas" da maraqlanır.

Qeyd edək ki, Usman Diao bu mövsüm "Midyullann"ın heyətində keçirdiyi 33 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest