"Feyenoord" mövsümün sonunda Rahim Sterlinqlə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, ingiltərəli vingerin performansı Niderland klubunun məşqçilər korpusunu qane etmir.

Klub Sterlinqin yayda başa çatan müqaviləsinin müddətini artırmayacaq. 31 yaşlı futbolçu yayda azad agent statusu ilə Roterdan təmsilçisini tərk edəcək.

Qeyd edək ki, Rahim Sterlinq bu ilin fevralından "Feyenoord"da çıxış edir. Təcrübəli oyunçu komandanın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest