İcarə əsasında "Bavariya"da çıxış edən Nikolas Cekson karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

"Milan" seneqallı forvardı transfer etmək istəyir. A Seriyası nəhəngi 24 yaşlı hücumçunu satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. "Rossonerilər" artıq futbolçunun müqavilə ilə məxsus olduğu "Çelsi" ilə danışıqlara başlayıb.

Qeyd edək  ki, Nikolas Cekson mövsümün əvvəlindən "Bavariya"da çıxış edir. O, Münhen təmsilçisinin heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest