"Atletiko" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Barselona"nı 2:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone görüşdən sonra keçirilən mətbuat konfransında açıqlama verib. Argentinalı mütəxəssis cəsarətli oynadıqlarını deyib:

"Komanda oyunu sayəsində matçın həlledici anlarında rəqibə zərbə vurmağı bacardıq. 2:0 hesabı bizə çox inam verdi. Təəssüf ki, bu üstünlüyü bir qədər də artıra bilmədik. Sizə elə oyunlar haqqında çoxlu hekayələr danışa bilərəm ki, qapıya 30 zərbə vurmuşuq, amma qol vura bilməmişik. Bu oyunun nəticəsi bizim üçün əladır. Çünki epizodların tamamlanmasında özünəinam həlledici rol oynadı. Çox effektiv idik, halbuki əvvəlki bəzi oyunlarda belə deyildi.

"Barselona"nın oyunçuları çox yaxşı pressinq edir, topa nəzarətlə sənin vaxtını əlindən alırlar. Onlar son 23 oyundan 22-ni qazanıb və hər oyunda qol vurublar. "Kamp Nou"ya gələndə həmişə çətin olur. Cəsarətli idik. Evdə yaxşı oyun keçirməyə çalışacağıq. Azarkeşlərimizə həmişəkindən daha çox ehtiyacımız var. Güclü olsunlar və bizi irəli atsınlar. Çünki "Barselona"ya qarşı oyunlar hər zamankı kimi, çətin olacaq".

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü aprelin 14-də Madriddə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest