I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Tərlan Quliyev mükafatlandırılıb.

Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun "Şəfa" - "Səbail" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest