29 Mart 2026, 18:25
FUTBOL
"Bavariya"nın heyəti Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"a qarşı keçirəcək oyunlardan əvvəl əhəmiyyətli dərəcədə güclənib.
Matc.az xəbər verir ki, bu barədə "Bild"ə nəşri məlumat yayıb.
Bildirilir ki, qapıçı Manuel Noyer bud əzələsindən aldığı zədədən sonra əsas heyətə qayıdıb. Münhen klubunun kapitanının "Frayburq"a qarşı Bundesliqa matçında meydana çıxacağı gözlənilir.
Alman nəhənginin digər qapıçısı Yonas Urbiq də tezliklə komanda ilə məşqlərə qayıdacaq və "Frayburq"a qarşı oyun üçün heyətə daxil ediləcəyi gözlənilir.
Noyer cari mövsümündə 29 oyun keçirib, 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.












