29 Mart 2026, 15:10
FUTBOL
Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanaya yerləşdirilib.
Matc.az xəbər verir ki, bu bərədə məlumatı "A Bola" nəşri yayıb.
Hadisə o, komandanın düşərgəsində olarkən baş verib. Huşunu itirən 80 yaşlı mütəxəssis hospitala aparılıb.
Rumıniya Futbol Federasiyası (FRF) rəsmi açıqlama yayaraq bildirib ki, mütəxəssis Slovakiya ilə oyun öncəsi son məşqin texniki iclas zamanı özünü pis hiss edib və dərhal tibbi heyət tərəfindən ilkin yardım göstərilib.
Hazırda baş məşqçinin vəziyyəti sabitdir, lakin tibbi protokollara uyğun olaraq əlavə riskləri istisna etmək məqsədilə o paytaxtdakı xəstəxanadalardan birindədir və xüsusi nəzarət altında saxlanılır.












