"İnter Mayami" "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro ilə danışıqlara başlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 34 yaşlı braziliyalı yarımmüdafiəçi MLS klubuna keçməyə hazırdır, lakin ona Avropa və Səudiyyə Ərəbistanından da təkliflər var. Daha əvvəl mətbuatda Kazemiroya "Los Anceles Qalaksi" və "Əl-İttihad"ın maraq göstərdiyi barədə məlumat verilmişdi.

Kazemiro 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 30 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest