28 Mart 2026, 16:52
FUTBOL
"Mançester Siti"nin ulduz futbolçusu Erlinq Haland cari mövsüm Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN nəşri yayıb.
Bildirilir ki, norveçli hücumçu bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələrin cəminə (37) görə rəqiblərini geridə qoyub. Bu göstərici ilə o, Premyer Liqanın digər futbolçularını ən azı 12 xal qabaqlayır. Siyahı hazırlanarkən oyunçuların fərdi bacarıqları ilə yanaşı, komandanın taktikasındakı rolları da nəzərə alınıb.
Qeyd edək ki, araşdırmada yalnız cari mövsümdə Premyer Liqa və Çempionlar Liqasında ən azı 900 dəqiqə meydanda olan futbolçular iştirak edib.












