28 Mart 2026, 11:47
FUTBOL
"Zirə"nin hücumçusu Leroy Mikels Ruanda millisində ilk oyununu keçirib.
Matc.az xəbər verir ki, Mikels "FIFA Series – 2026" çərçivəsində Qrenadaya qarşı yoldaşlıq görüşündə meydana çıxıb.
Start heyətdə yer alan forvard ilk hissənin əlavə vaxtında - 45+2-ci dəqiqədə fərqlənməyi bacarıb.
Qarşılaşma Ruanda yığmasının 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.












