Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatıb. O, 2022/23 mövsümündə 17 qola sevinib.

Coy Lens Mikels Misli Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.

Matc.az xəbər verir ki, o, XXV turun "Sumqayıt"la ev görüşündə (3:1) fərqlənib.

Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatıb. O, 2022/23 mövsümündə 17 qola sevinib.

Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard "Neftçi"nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest